21.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Abonement şöbəsi 20.12.2021- ci il tarixdə kitabxanaçı Piriyeva Səbinə “Şəhidlərimizi tanıyaq və tanıdaq” başlığı altında Azərbaycanın milli qəhrəmanı I Vətən müharibəsində şəhid olmuş Əhmədov Riad Fikrət oğlu haqqında söhbət keçirdi.Əvvəlcə şəhidlər 1 dəqiqəlik sukutla yad edildi. Sonra kitabxanaçı bildirdi ki, bu gün Vətən üçün özünü sipər edən oğullarımızı anırıq. Onlar Vətən yolunda canlarını qurban verdilər. Şəhidlər ölməzlər, onlar daim ürəklərdə, yaddaşlarda yaşayacaqlar. Böyük Zəfəri və Böyük Qələbəni xalqımıza bəxş edən şəhidlərimizi ən səmimi, ən ülvi duyğularla yad edirik , belə qəhrəman şəhidləridən biri bu gün 65 yaşı tamam olan Əhmədov Riad Fikrət oğludur. Haqqında məlumat verildikdən sonra fəal oxucular çıxış edərək şəhid haqqında, keçdiyi şərəfli yol haqqında xoş sözlərlə yad etdi.